Dovletxeberleri.Az
» » “Bayağı seriallar bizi çox narahat edir” - MTRŞ sədri

23-02-2019, 08:27“Bayağı seriallar bizi çox narahat edir” - MTRŞ sədri

“Bayağı seriallar bizi çox narahat edir” - MTRŞ sədri
Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda istehsal olunan teleseriallar bizi çox narahat edir.

Dovletxeberleri.az xəbər verir ki, bunu trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli qeyd edib ki, Şuranın diqqətində olan məsələlərdən biri də teleserialların aşağı səviyyədə olmasıdır:

“Doğrudur, dövlət büdcəsindən maliyyələşən kanallarda belə hallar yoxdur. O ki qaldı özəl kanallardakı vəziyyətə, təbii ki, onlar kommersiya maraqlarına kökləniblər. Onların Azərbaycan cəmiyyətinə yad olan mövzuları daha çox göstərməsi bizi narahat edir. Xüsusən də Azərbaycanda ailə-məişət məsələlərinə həsr olunmuş komediya janrında bayağı seriallar bizi çox narahat edir. Həmin seriallarda göstərilənlər Azərbaycan ailəsinə aid deyil. Bu, ssenari müəlliflərinin eybəcər şəkildə təsvir etdiyi ailələrdir”.

MTRŞ sədrinin sözlərinə görə, çox təəssüf ki, Azərbaycan telekanallarında ailə məsələsi Azərbaycan ailələrinə xas olmayan formada təsvir olunur:

“Ər-arvad, valideyn-övlad, qayınata-qayınana, qayınata-kürəkən münasibətləri çox ifrat dərəcədə, bayağı şəkildə, yalnız birtərəfli formada, şit gülüş doğurmaq məqsədilə göstərilir. Bu, narahatedici məqamdır. Ona görə də biz hesab edirik ki, bu məsələdə müəyyən məsləhətləşmələr aparmaq lazımdır. Mart ayında ictimaiyyət nümayəndələri, telekanalların rəhbərləri, verilişlər hazırlayan, seriallar istehsal edən şirkətlərin rəhbərləri ilə birgə bu məsələləri müzakirə etmək istəyirik”.

N.Məhərrəmli vurğulayıb ki, Azərbaycanda istehsal olunan bütün məhsullar Azərbaycanın adına yazılır: “Dünyanın hər yerində bir məhsul istehsal olunan zaman o ölkənin adına yazılır. Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda qeyd etdiyimiz səviyyədə istehsal olunan həmin teleseriallar bu baxımdan bizi çox narahat edir. Bu seriallar daha çox ailə dəyərlərinin təbliğinə, Azərbaycanın illərlə, əsrlərlə yaşayan gözəl adət-ənənələrinə, ailə müqəddəsliyinin təbliğinə həsr olunmalıdır. Amma çox təəssüf ki, biz əks tendensiyanı görürük. Ona görə də hesab edirik ki, Azərbaycanın adət-ənənələri düzgün formada daha çox təbliğ olunmalıdır”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİRNazirlik: Yaşa görə müavinətlər apreldən artırılacaqSənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaqBakıda Azərbaycan-Rusiya enerji əməkdaşlığı müzakirə olunduZakir Həsənov tonqal qaladı, əsgərlərlə nahar etdi - FotolarQarabağ İcmasının sədri “Vaşinqton Post”a müsahibə veribÖmürlük məhkumlar Prezidentə təşəkkür etdilər - Əfv sərəncamının icrasından REPORTAJ"Humanizm siyasətinin bariz nümunəsidir” - Siyavuş Novruzov əfv sərəncamından DANIŞDIİlin sonunadək 3700 köçkün ailəsi yeni evlərə köçürüləcəkƏFVDƏN SONDA ATILACAQ DİGƏR ADDIMLAR...“Prezidentin bu addımı ölkədə ictimai barışı möhkəmləndirəcək” - DeputatPrezident İlham Əliyev xalq artistinə 3 otaqlı mənzil hədiyyə edib - AçıqlamaPREZİDENT ONLARI ƏFV ETDİ – Əli İnsanov və xeyli tanınmış şəxs azadlığa çıxdı + Tam siyahıMəşhur teleaparıcı Afaq Aslanı müdafiə etdi" ƏCƏB ELƏYİR.Müdafiə Nazirliyində NATO-nun ekspertlər qrupu ilə işçi görüşü olduQazaxdan Ermənistana keçən azərbaycanlını güllə ilə vurublar - RəsmiUşaqlara görə müavinətlər artırılır - Hansı ailələr bu artımdan yararlanacaq? + DETALLARİki Konstitusiya qanunu ləğv olunurNovruz Məmmədov satıcılarla bağlı ƏMR İMZALADI: Vəsiqə tələb edin!"Dövlət proqramının hazırlanmasına ciddi ehtiyac var" - Deputat hökumətə 7 təklif verdiOmbudsman Aparatının rəhbəri Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçildiAzərbaycanda iki vəzifəli şəxs həbs olundu - RƏSMİSergey Lavrov Türkiyəyə gedirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş keçirmişdirNazirlik: 5-dən çox uşağı olan qadınların hər uşağına 55 manat veriləcəkMərkəzi Bank faiz dərəcəsini endirdi - Qərarİlham Əliyev iranlı naziri qəbul edibBaş nazir hesabat üçün Milli Məclisə gəldi“Oba” marketdə satılan yumurtaya 1 gün sonranın istehsal tarixi yazılıbİcbari tibbi sığorta ilə bağlı pilot layihə uğurla nəticələnib1500-dən artıq məmur vəzifəsi boşdurBakıda yaşayış binasında YANĞIN - 10 nəfər təxliyə edildiAzTV müsabiqə elan etdiBu gün Azərbaycanın Respublikasının baş naziri Novruz Məmmədovun ad günüdürBu ölkədə amerikalı diplomat QALMADIGürcüstan prezidenti Yerevanda Azərbaycan torpaqlarının işğalından danışdı