Dovletxeberleri.Az
» » Hökumət minimum əməkhaqqını artıra bilər

3-12-2018, 10:06Hökumət minimum əməkhaqqını artıra bilər

Hökumət minimum əməkhaqqını artıra bilər
Milli Məclisin iclasında “2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat nəzərdə tutulub.

Maraqlıdır, bir vətəndaşın normal yaşaması üçün təxminən neçə manat tələb edilir?


Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli cavablandırıb.

Deputat bildirib ki, normal yaşamaq üçün müxtəlif kateqoriyaya aid insanlara müxtəlif məbləğdə pul lazımdır:

“Hələlik buna inkişaf etmiş ölkələrdə nail olunsa da, postsosialist ölkələrinin əksəriyyətində onu gerçəkləşdirmək mümkün olmayıb. Buna görə də yaşamaq üçün minimum məbləğdən söhbət gedə bilər. 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra qiymətlər 2 dəfədən çox, yaşayış minimumi isə 2016-cı ildə 5 manat, 2017-ci ildə 19 manat, 2018-ci ildə 18 manat artırılıb. Gələn il üçün isə cəmi 7 manat artırılır. Yəni 2019-cu il üçün yaşayış minimumunu ölkə üzrə 7 manat artırmaqla 173 manatdan 180 manata çatdırılması nəzərdə tutulur. Gündəlik tələbat mallarının qiymətlərini nəzərə alanda, təbii ki, 180 manata qaldırılan minimum yaşayış məbləği azdır. Bu məbləğ real qiymətlərlə uzlaşmır. Reallıq nəzərə alınarsa, gələn ilin yaşayış minimumu 180 manat yox, azı 270-300 manatdan aşağı olmamalıdır”.



Ə.Məsimli 2020-ci ildə ləğv ediləcəyi deyilən ehtiyac meyarı ilə bağlı da fikirlərini bölüşüb:


“Ümumiyyətlə, hazırda qüvvədə olan ehtiyac meyarının iqtisadi əsası yoxdur. “Yaşayış minimumu haqqında” Qanunun 4.4. maddəsində deyilir ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Deməli, yaşayış minimumundan az götürülən 143 manatlıq ehtiyac meyarının iqtisadi əsası yoxdur və ləğv olunmalıdır.

Təxminən 10 il əvvəl – 2008-ci ildə yaşayış minimumu ilə minimum əmək haqqının nisbəti “Yaşayış minimumu haqqında” Qanunun 5.4. maddəsinin tələblərinə uyğun idi. Minimum əmək haqqı hətta yaşayış minimumundan 7 faiz yüksək idi. Bu il minimum əmək haqqı 130 manat olmaqla 173 manatlıq yaşayış minimumundan 33 faiz azdır. Dəyişiklik olmasa, gələn ilə bu fərq 38 faizə çatacaq.

Ona görə də “Yaşayış minimumu haqqında” Qanunun 5.4. maddəsinin tələblərinə uyğun olaraq hökumət öhdəlik götürməlidir ki, məsələn, qarşıdakı 2-3 il ərzində minimum əməkhaqqını ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldəcək. Bu çox vacib məsələdir. Çünki aztəminatlı təbəqənin maaşlarının və s. artırılması, güzəranın pisləşməsinin qarşısının alınması üçün digər şərtlərlə yanaşı, həm də minimum əmək haqqının yaşayış minimumundan yüksək olması təmin edilməlidir. Əks halda, indiki qiymətlərlə vətəndaşın güzəranı daha da pisləşəcək”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Tanınmış prodüsser-rejissor Minarə Əskərova beyin əmməliyatı olunmalıdırSahil Babayevə daha bir səlahiyyət verildi - Baş nazirdən sərəncamRövşən Rzayev məcburi köçkünlərlə görüşdüAnkarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLARKonstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİQənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülübAMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar“Milan” klubu cəzalandırıldıİlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLARXələf Xələfov yeni vəzifədə nə iş görəcək?Prezident rektorlarla bağlı fərman imzaladıSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR.VİDEOKənd Təsərrüfatı Nazirliyi ilə bağlı YENİ FƏRMANNazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldıAzərbaycanda yeni qurum yaradıldıBərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşübBaş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqləndiИдеи Гейдара Алиева будут жить, пока существует АзербайджанErmənstan atəşkəsi 26 dəfə pozduABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi"Qarabağ" son oyunda "Arsenal"a məğlub olduBakıdakı lift qəzasına görə daha bir nəfər həbs edildiNovruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdiRəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək - SİYAHIİlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaqSəbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNATİlham Əliyev Xələf Xələfovu İŞDƏN ÇIXARTDITamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibXətai rayonunun icra başçısı işdən çıxarılıbBankların dollarla kredit verməsi məhdudlaşdırıldı – 3 halda veriləcəkÖzəl klinikalarda şok qanunsuzluq - Nazirlik açıqladı: 231 milyon manat gizlədilibİlham Əliyev Ərdoğana başsağlığı verdi"2018 Hərəkatı” ulu öndər Heydər Əliyevin xatirəsini anıb - FOTOLARDaha 1509 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcəkErmənistan rəsmisi Bakıya gəlirAzərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİLavrov bu gün Bakıya gəlirAzərbaycanda AES tikilə bilərBu gün hava necə olacaq?Günün qoroskopu: ailədə problemlər yaranacaq...Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU“Azərbaycan Dəmir Yolları” QSC-yə səlahiyət verildi - Baş nazirdən qərarManat günə bu MƏZƏNNƏ ilə başladıƏli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq