Dovletxeberleri.Az
» » Ramiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildi

16-11-2018, 18:32Ramiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildi

Ramiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildi
Noyabrın 16-da AMEA-nın Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının Livanda ərəb dilində nəşrinin təqdimatı keçirilib.

Dovletxeberleri.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının bu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində "Delta” Dərin Araşdırmalar Mərkəzində nəşr edildiyini bildirib. Qeyd edib ki, bu qiymətli əsər bir çox dillərə, o cümlədən fransız, ingilis, türk, rus dillərinə tərcümə olunub. Kitabı ərəb dilinə əlcəzairli tədqiqatçı, professor Zəim Xənişlavi tərcümə edib. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verib.

Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, deputat, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış ediblər.

Bildirilib ki, kitabda Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv strategiya təqdim edir.

Qədim tarixi dövrlərə, orta əsrlərə, yeni və müasir tarixə aid mənbələrə istinadla yazılmış bu kitabda münaqişənin yaranma səbəbləri öyrənilir, daha sonra Azərbaycan tarixinin çoxəsrlik dövrlərində Dağlıq Qarabağ ərazisinin mülkiyyəti sənədlər əsasında izah olunur. Həmçinin kitabda demoqrafik inkişaf, Dağlıq Qarabağın azad edilməsi üçün silahlı müqavimətin başlanması məsələləri tədqiq edilir, Minsk qrupunun təşkilatçılığı ilə aparılan danışıqlar prosesi, bu vilayətdə mövcud olan vəziyyətə beynəlxalq qurumların münasibəti məsələləri oxucunun diqqətinə çatdırılır.

Kitab oxucuya problemin mahiyyətinə varmağa, münaqişənin səbəb və nəticələrini görməyə imkan verir, müasir tarixşünaslıq və politologiyada "Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi” adlandırılan problemi obyektivliklə öyrənməyə başlayan hər kəsə kömək edir. Qarabağ vilayətinin tarixinin anlaşıqlı üslubda təqdim olunması oxucuya imkan verir ki, o, tarixi sənədləri çox vaxt xarakterizə edən rəsmi-quru üslubu başa düşmək əziyyətindən xilas olsun. Bu baxımdan belə bir kitabın ərəb dilinə tərcümə edilməsi ərəb oxucusunun problemlə əlaqəli bir çox həqiqəti başa düşmək işini asanlaşdırır.
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildi
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Tanınmış prodüsser-rejissor Minarə Əskərova beyin əmməliyatı olunmalıdırSahil Babayevə daha bir səlahiyyət verildi - Baş nazirdən sərəncamRövşən Rzayev məcburi köçkünlərlə görüşdüAnkarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLARKonstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİQənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülübAMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar“Milan” klubu cəzalandırıldıİlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLARXələf Xələfov yeni vəzifədə nə iş görəcək?Prezident rektorlarla bağlı fərman imzaladıSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR.VİDEOKənd Təsərrüfatı Nazirliyi ilə bağlı YENİ FƏRMANNazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldıAzərbaycanda yeni qurum yaradıldıBərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşübBaş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqləndiИдеи Гейдара Алиева будут жить, пока существует АзербайджанErmənstan atəşkəsi 26 dəfə pozduABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi"Qarabağ" son oyunda "Arsenal"a məğlub olduBakıdakı lift qəzasına görə daha bir nəfər həbs edildiNovruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdiRəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək - SİYAHIİlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaqSəbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNATİlham Əliyev Xələf Xələfovu İŞDƏN ÇIXARTDITamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibXətai rayonunun icra başçısı işdən çıxarılıbBankların dollarla kredit verməsi məhdudlaşdırıldı – 3 halda veriləcəkÖzəl klinikalarda şok qanunsuzluq - Nazirlik açıqladı: 231 milyon manat gizlədilibİlham Əliyev Ərdoğana başsağlığı verdi"2018 Hərəkatı” ulu öndər Heydər Əliyevin xatirəsini anıb - FOTOLARDaha 1509 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcəkErmənistan rəsmisi Bakıya gəlirAzərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİLavrov bu gün Bakıya gəlirAzərbaycanda AES tikilə bilərBu gün hava necə olacaq?Günün qoroskopu: ailədə problemlər yaranacaq...Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU“Azərbaycan Dəmir Yolları” QSC-yə səlahiyət verildi - Baş nazirdən qərarManat günə bu MƏZƏNNƏ ilə başladıƏli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq