Dovletxeberleri.Az
» » Yeni nazir şəhid və itkinlərlə bağlı komissiya yaratdı - Tapşırıqlar verdi

30-04-2018, 16:05Yeni nazir şəhid və itkinlərlə bağlı komissiya yaratdı - Tapşırıqlar verdi

Yeni nazir şəhid və itkinlərlə bağlı komissiya yaratdı - Tapşırıqlar verdi
Sahil Babayev: “Komissiya cənab Prezidentin bu tarixi qərarının yüksək səviyyədə, vaxtında və tam şəffaf şəkildə icrasını təmin edəcək, ödənişlərin həyata keçirilməsi mexanizmini 1 ay müddətində müəyyən edəcək”


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Komissiya yaradılıb.

Dovletxeberleri.az xəbər verir ki, Fərmanın icrasının nazirlik tərəfindən aidiyyəti üzrə vaxtında, tam və yüksək səviyyədə təmin edilməsi məqsədilə yaradılan Komissiya bu gün ilk iclasını keçirib.


Komissiyanın sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafını təmin edən uğurlu siyasətinin əsas prioritetlərindən birini təşkil edir:

“Xalqımızın yekdil dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən cənab İlham Əliyevin andiçmə mərasimindən sonrakı ilk iki gündə məhz sosial müdafiə sahəsi ilə bağlı iki mühüm sənədi imzalaması da bunun növbəti təzahürüdür. Bunlardan biri “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamdır. Həmin şəxslərə Sərəncamda nəzərdə tutulan məbləğlərdə birdəfəlik maddi yardımın çatdırılması işləri 9 May-Qələbə gününə qədər tam yekunlaşacaqdır. Cənab Prezidentin andiçmə mərasimindən sonra sosial müdafiə sahəsi ilə bağlı imzaladığı ilk sənəd isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmandır. Bu Fərmanın imzalanması şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini, eyni zamanda, sosial ədalət prinsipinin ölkəmizdə tam təmin olunduğunu bir daha özündə təcəssüm etdirir”.


S.Babayev bildirib ki, Fərman 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur: “Sosial müdafiə əhəmiyyətli bu mühüm Fərmanın yüksək səviyyədə icrası, xüsusilə də qeyd edilən birdəfəlik ödəmənin verilməsi prosesinin tam şəffaf, ümumən vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə həyata keçirilməsi bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Nazirliyin əmri ilə yaradılan Komissiya tərəfindən bu istiqamətdə tədbirlərin təşkili və həyata keçirilməsi təmin olunacaq. Komissiya birdəfəlik ödəmələrin şəffaf şəkildə verilməsinin təşkili mexanizmini bir ay müddətində müəyyən edəcək”.



Nazir qeyd edib ki, Fərmanda nəzərdə tutulan şəxslərin ümumi siyahısının hazırlanması üçün aidiyyəti qurumlara müraciətin göndərilməsi ilə bağlı Komissiya tərəfindən konkret müddətlər müəyyən edilib: “Eyni zamanda, birdəfəlik ödəmənin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Sosial ödənişlər” alt-sistemində “Birdəfəlik ödəmələr” bölməsi və müraciətlərin vahid elektron reyestri yaradılacaq. Hərbi qulluqçunun ad və soyadını, atasının adını daxil etməklə müvafiq siyahıda olub-olmamasını müəyyən etməyə imkan verən internet informasiya resursunun fəaliyyəti də təmin ediləcək”.


S.Babayev vurğulayıb ki, bu işlər Fərmanda ödəniş edilməsi nəzərdə tutulan şəxslərin vərəsələrinin hər hansı süni maneələr və süründürməçilik olmadan şəffaf şəkildə bu hüquqlarının tanınmasını təmin edəcək, eyni zamanda ödəniş mexanizmi də aidiyyəti qurumlarla razılaşdırılaraq sadə, əlçatan və səmərəli şəkildə qurulacaq.


İclasda 19 aprel 2018-ci il tarixli Fərmanın icrasının nazirlik tərəfindən vaxtında və yüksək səviyyədə təmin edilməsi üçün Komissiyanın qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı görəcəyi işlər ətraflı müzakirə olunub, nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilibİki “Aprel şəhidi”nin ailəsinə mənzil verildiFikrət Məmmədov İstintaq idarəsinə yeni rəis təyin etdi - ƏMR